Bank Of Baku

“Neft Daşları” və “Günəşli” yataqlarında növbəti quyular layihə dərinliyinə çatdırılıb

“Neft Daşları” və “Günəşli” yataqlarında növbəti quyular layihə dərinliyinə çatdırılıb
# 09 avqust 2008 09:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neft Daşları” və “Günəşli” yataqlarında növbəti quyular layihə dərinliyinə çatdırılıb. ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, “Neft Daşları” yatağındakı 1 887 nömrəli özüldən növbəti 1 898 nömrəli quyu layihə dərinliyinə - 2 685 metrə çatdırılıb. Qazılmış quyuya 6 düymə istismar kəməri buraxılıb və sementləmə işləri aparılıb. Qazma işləri ”Bayıl Limanı” DKQİ İdarəsi tərəfindən aparılır. Bundan başqa, “Günəşli" yatağındakı 13-cü özüldən 246 nömrəli quyu layihə dərinliyinə - 2 900 metrə çatdırılıb. Fasilə lay dəstəsinə qazılmış quyuya 7 düymə istismar kəməri buraxılıb və quyuda həmçinin sementləmə işləri aparılıb. Qazma işləri “SOCAR-AQŞ” Birgə Müəssisəsi tərəfindən aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR