Bank Of Baku

ARDNŞ: Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə ixracı normal rejimdə davam edir

ARDNŞ: Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə ixracı normal rejimdə davam edir
# 12 avqust 2008 15:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin ixracı normal rejimdə davam edir. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

ARDNŞ-dən bildirilib ki, Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinin Türkiyə hissəsində baş vermiş qəzanın nəticələri aradan qaldırılanadək Azərbaycan nefti dünya bazarına alternativ yollarla nəql olunur. Şimal marşrutundan əlavə, Azərbaycan neftinin və neft məhsullarının ixracı həmçinin dəmir yolu vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, ARDNŞ cari ilin yanvar-iyul aylarında Novorossiysk limanından 782 min 133 ton neft ixrac edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR