Bank Of Baku

ARDNŞ-in Kulevidəki terminalından neft məhsulları ilə yüklənmiş növbəti tanker yola salınıb

ARDNŞ-in Kulevidəki terminalından neft məhsulları ilə yüklənmiş növbəti tanker yola salınıb
# 12 avqust 2008 15:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kulevidəki terminalından neft məhsulları ilə yüklənmiş növbəti tanker yola salınıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Neft şirkətindən bildirilib ki, Gürcüstanda baş verən son hadisələr ARDNŞ-in bu ölkənin ərazisindəki müəssisələrinin iş rejiminə ciddi təsir göstərməyib. «Hazırda şirkətin Gürcüstanda yerləşən bütün obyektlərində işlər əvvəlki tempdə davam etdirilir. Yalnız ailələri Gürcüstanda yaşayan ARDNŞ əməkdaşlarının ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Şirkət rəhbərliyi tərəfindən onların evakuasiyası üçün müvafiq tədbirlər həyata keçirilib», - deyə ARDNŞ-dən qeyd olunub.

Qeyd edək ki, avqustun 8-də hərbi əməliyyatlar başlaması ilə əlaqədar olaraq Kulevi terminalının fəaliyyətinin müvəqqəti olaraq dayandırılması barədə məlumat yayılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR