Bank Of Baku

Türkiyənin Enerji və Təbii Qaynaqlar Nazirliyi: “Şahdəniz”dən Türkiyəyə qaz nəqli dayandırılıb”

Türkiyənin Enerji və Təbii Qaynaqlar Nazirliyi: “Şahdəniz”dən Türkiyəyə qaz nəqli dayandırılıb”
# 12 avqust 2008 20:00 (UTC +04:00)
Türkiyə bunun o qədər də problem yaratmayacağını, bunun yerini Rusiya və İrandan alınan qazın həcminin artırılması ilə dolduracaqlarını bildiriblər.

Eyni zamanda Bakıdan Gürcüstanın Qara dəniz sahillərinə qədər uzanan Bakı-Supsa neft kəməri də Rusiya ilə Gürcüstan arasında yaşanan gərginliyə görə, müvəqqəti bağlanılıb. Bununla bağlı açıqlama verən bp-nin sözçüsü Robert Vayn gündəlik 90 min barel neft daşıma gücü olan Bakı-Supsa xəttinə neftin nəqlini hərbi əməliyyatlara yaxın ərazidən keçdiyi üçün bağladıqlarını deyib.

Qeyd edək ki, “Şahdəniz” qazını Türkiyədən Avropaya aparan Bakı-Tiflis-Ərzurum ötən il iyulun 2-də fəaliyyətə başlayıb.

Bu xətlə Türkiyəyə 10-14 milyon kubmetr arasında qaz gəlir. Həmin qazın 250 min kubmetri Yunanıstana gedir.

Türkiyə-Yunanıstan xəttinin 2012-ci ildən İtalyaya qədər uzanması ilə Avrupopanın digər ölkələri də qaz ala biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR