Bank Of Baku

«Ekol Mühəndislik Xidmətləri» QSC-nin İsveçrə şirkətindən aldığı qurğuların neftlə çirklənmiş ərazilərində tətbiqi müsbət nəticə verib

«Ekol Mühəndislik Xidmətləri» QSC-nin İsveçrə şirkətindən aldığı qurğuların neftlə çirklənmiş ərazilərində tətbiqi müsbət nəticə verib
# 13 avqust 2008 23:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA- Economics. «Ekol Mühəndislik Xidmətləri» QSC-nin İsveçrənin «Alfa-Laval» şirkətindən aldığı təmizləyici qurğuların Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mədənlərinin neftlə çirklənmiş ərazilərində tətbiqi müsbət nəticə verib.

«Ekol Mühəndislik Xidmətləri» QSC-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin may - iyul aylarında yeni qurğuların vasitəsilə Tullantıların Emalı Departamentinin 5-ci sahəsində («Bibiheybətneft» NQÇİ-nin mədən ərazisi) 6820 ton, 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-in 9-cu sexi) 8500 ton, 7-ci sahəsində («Azərneftyağ» NEZ) 19 800 ton, ümumilikdə isə 35 120 ton neft-şlam emal olunaraq zərərsizləşdirilib. Bu proses nəticəsində alınmış quru qalıq (gil torpaq qarışığı) və neft məhsulları təkrar istifadəyə yararlıdır.

Qeyd edək ki, «Ekol Mühəndislik Xidmətləri» QSC ARDNŞ-in (51%) və xarici investor «Lancer Services S.A.» Şirkətinin (49%) pay iştirakı ilə yaradılıb. Müəssisə ölkədə və xaricdə müasir texnologiyalardan istifadə edilməklə sənaye çirkab, lay sularını təmizlənməsi, neft-şlamın zərərsizləşdirməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR