Bank Of Baku

Rumıniyada Qara və Xəzər dənizlərində əməkdaşlığa dair beynəlxalq fond yaradılacaq

Rumıniyada Qara və Xəzər dənizlərində əməkdaşlığa dair beynəlxalq fond yaradılacaq
# 13 avqust 2008 09:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rumıniyada Qara və Xəzər dənizlərində əməkdaşlığa dair beynəlxalq fond yaradıla bilər. «APA-Economics»in məlumatına görə, bunu Qara Dəniz Universiteti Fondunun icraçı direktoru (Rumıniya) Konstantin Qirbea bildirib.

K. Qirbeanın sözlərinə görə, Azərbaycana səfəri çərçivəsində, o, fondun təsisçiləri rolunda çıxış edəcək nümayəndələrlə görüşüb və razılığa gəlib: «Biz regionun digər ölkələrində də analoji görüşlər keçirəcək, onların razılığını almağa çalışacağıq. Hazırda bizim Türkiyə, Bolqarıstan, Ukrayna və digər ölkələrdə partnyorlarımız var».

K. Qirbea, həmçinin qeyd edib ki, yaradılacaq fond qeyri-hökumət təşkilatları sırasına daxil olacaq: «Lakin dövlət qurumları ilə də əməkdaşlıq edəcəyik. Hazırda biz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə sıx əməkdaşlıq edirik. Dövlət qurumlarının dəstəyi olmasa, fond inkişaf edə bilməyəcək».

Qeyd edək ki, fondun əsas məqsədi Avropa regionunu Azərbaycan-Gürcustan-Rumıniya tranzit dəhlizi vasitəsilə enerji ehtiyatları ilə təchizatına yardım etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR