Bank Of Baku

ARDNŞ Bakı-Novorossiysk neft kəmərinin illik nəql gücünün artırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparır

ARDNŞ Bakı-Novorossiysk neft kəmərinin illik nəql gücünün artırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparır
# 20 sentyabr 2008 09:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. ARDNŞ Rusiya tərəfi ilə Bakı-Novorossiysk neft kəmərinin illik nəql gücünün 5 mln. tona çatdırılması istiqamətində danışıqlar aparır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

R. Abdullayevin sözlərinə görə, Gürcüstanda hərbi əməliyyatlar zamanı Azəri-Çıraq-Günəşli yatağından hasil edilən neftin nəqli Bakı-Novorossiysk marşrutu ilə həyata keçirilib. Hazırda isə həmin neft yenidən BTC kəməri nəql olunur. Şimal marşrutu ilə yalnız ARDNŞ-in nefti yola salınır.

Qeyd edək ki, 2007-ci ildə Bakı-Novorossiysk kəməri ilə 2 228 712,3 ton neft yola salınıb. Bunun 1228 728,8 tonu ARDNŞ-in, 999 983,5 tonu isə ABƏŞ-in payına düşür.
Bakı - Novorossiysk neft kəmərilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların neftlərilə qarışır və Novorossiysk limanından Urals xam neft markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR