Bank Of Baku

Rövnəq Abdullayev: “Bakı-Supsa neft kəməri texniki cəhətdən istismara tam hazırdır”

Rövnəq Abdullayev: “Bakı-Supsa neft kəməri texniki cəhətdən istismara tam hazırdır”
# 20 sentyabr 2008 09:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı-Supsa neft kəməri texniki cəhətdən istismara tam hazırdır. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. R. Abdullayevin sözlərinə görə, kəmərdə son sınaqlar aparılıb: «Hazırda Gürcüstan tərəfindən kəmərin istismarına dair razılıq sənədlərinin alınması gözlənilir. Bu sənədlər alınandan sonra kəmər işə salınacaq».

Qeyd edək ki, Bakı-Supsa kəməri istifadəyə veriləndən, yəni 1999-cu ildən 2005-ci ilin sonunadək bu marşrutla 50 mln. ton, 2006-cı ilin ilk 10 ayı ərzində isə 5,6 mln. ton neft nəql olunub. Həmin vaxtdan sonra kəmər istismar olunmayıb və ilk dəfə bu ilin avqust ayının əvvəlində boru xəttinə 100 min ton neft vurulub.

Diametri 530 mm olan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km-dir ki, bunun da 443 km-i Azərbaycan ərazisinə düşür. Kəmər 1999-cu ilin aprel ayında istifadəyə verilib. İlkin mərhələdə kəmərin gündəlik buraxılış gücü 117 min barel olub. Sonradan nasos stansiyalarında aparılan modernləşdirmədən sonra buraxılış gücü 145 min barelədək artırılıb ki, bu da ildə 7,5 mln. ton neft nəqlinə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR