Bank Of Baku

Bu il Azərbaycanda sement istehlakının 22% artacağı proqnozlaşdırılır

Bu il Azərbaycanda sement istehlakının 22% artacağı proqnozlaşdırılır
# 22 sentyabr 2008 08:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycanda 3,9 mln. tondan artıq sement istehlakı proqnozlaşdırılır. Bu isə ötən ilin faktiki göstəricisi ilə müqayisədə təxminən 22% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC-nin satış meneceri Balint Kato bildirib.
«Sement istehlakı ilbəil artır. Bu da ölkədə həyata keçirilən böyük tikinti və yenidənqurma layihələri ilə əlaqədardır», - deyə şirkət nümayəndəsi vurğulayıb.
B.Katonun sözlərinə görə, istehlak ediləcək sementin 2 mln. tonu Bakının və Abşeron yarımadasının payına düşəcək.
Qeyd edək ki, 2007-ci ildə Azərbaycanda 3,2 mln. ton sement istehlak olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR