Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti gələn il Gürcüstanda yanacaqdoldurma məntəqələrinin sayını 2,5 dəfə artıracaq

Azərbaycan Dövlət Neft Şirkəti gələn il Gürcüstanda yanacaqdoldurma məntəqələrinin sayını 2,5 dəfə artıracaq
# 22 sentyabr 2008 14:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) gələn il Gürcüstanda daha 30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Bununla da ARDNŞ-in Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin ümumi sayı 50-yə çatacaq. Cari ilin sonuna qədər isə ARDNŞ-in bu ölkədəki yanacaqdoldurma məntəqələrinin sayı 20-yə çatdırılacaq.
Avqust ayında Poti şəhərində bir yanacaqdoldurma məntəqəsi açılıb. Yaxın vaxtlarda Kutaisi şəhərində və digər əyalət mərkəzlərində yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ARDNŞ cari il aprelin 25-də Gürcüstanın Rustavi şəhərində SOCAR brendli yanacaqdoldurma məntəqələri şəbəkəsinə daxil olan ilk kompleksini istifadəyə verib.
Qeyd edək ki, ARDNŞ-in törəmə müəssisəsi olan «SOCAR Energy-Georgia» MMC bu günədək Gürcüstan iqtisadiyyatına 400 mln. ABŞ dollarından artıq investisiya yatırıb. Şirkət 2006-cı ilin mart ayında yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR