Bank Of Baku

Azərbaycanın «Zöhrab Vəliyev» mühəndis-geoloji gəmisi Türkmənistana göndərilib

Azərbaycanın «Zöhrab Vəliyev» mühəndis-geoloji gəmisi Türkmənistana göndərilib
# 27 sentyabr 2008 13:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının «Zöhrab Vəliyev» mühəndis-geoloji gəmisi bu il ərzində ikinci dəfə Türkmənistana göndərilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Hazırkı ezamiyyətin məqsədi 1972-ci ildə azərbaycanlı geoloqlar tərəfindən aşkar edilmiş «Livanov Bankəsi» yatağında strateji zondlaşdırma və araşdırmalar aparmaq, dərinsulu platformaların quraşdırılması, boru kəmərlərinin və digər iri obyektlərin inşası üçün qruntun davamlılığını yoxlamaqdır. Gəmi ilə Türkmənistana ARDNŞ-in Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin 15 nəfərdən ibarət ekspedisiyası da yola düşüb.
Qeyd edək ki, «Zöhrab Vəliyev» gəmisi SSRİ-nin hərbi gəmi zavodunda inşa edilərək, 1985-ci ildə Azərbaycan mədənlərinə gətirilib. Gəmi ən mürəkkəb hidro-geoloji şəraitdə avtonom olaraq 32 gün çalışa bilər. Mühəndis-geoloji tədqiqatların aparılması üçün gəmidə 150 metr dərinliyədək işlər həyata keçirə bilən qazma dəzgahı quraşdırılıb. Bu il aparılan təmir işləri zamanı gəmi ABŞ və Hollandiyadan alınmış ən müasir geofiziki, geoloji və naviqasiya avadanlığı ilə təchiz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR