Bank Of Baku

«Salyan Oil» şirkəti neft hasilatını 16% azaldıb

«Salyan Oil» şirkəti neft hasilatını 16% azaldıb
# 03 oktyabr 2008 07:38 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın quru sahəsində yerləşən «Kürsəngi-Qarabağlı» yataqlarının işlənməsi ilə məşğul olan «Salyan Oil» neft şirkəti 2008-ci ilin yanvar-avqust ayları ərzində 179,3 min ton həcmində neft hasil edib. Bu isə 2007-ci ilin analoji 8 aylıq göstəricisi ilə müqayisədə 15,5% azdır. Təkcə avqust ayında neft hasilatının həcmi 20,8 min ton təşkil edib. Bu barədə «APA-Economics»ə «Salyan Oil» şirkətinin baş ofisindən məlumat verilib.
Xatırladaq ki, «Kürsəngi-Qarabağlı» yataqlarının işlənməsinə dair kontrakt 1998-ci ildə ARDNŞ-la ABŞ-ın «Frontera» şirkəti və «Delta Hess» alyansı arasında imzalanıb. Sonradan ABŞ şirkəti öz iştirak payını Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) satıb. Lakin 2002-ci ilin əvvəlində AYİB-in 30%-lik iştirak payını 78 mln. dollara CNPC Çinin Milli Neft Şirkəti alıb. Sonradan CNPC şirkəti «Delta Hess»in payını da alaraq layihədəki iştirak payını 50%-dək artırıb. Hazırda ARDNŞ-in layihədə iştirak payı 50% təşkil edir.
Qeyd edək ki, 1960-cı illərdə aşkarlanan bu yataqların qalıq neft ehtiyatları 100-150 mln. tona bərabərdir. ARDNŞ 1997-ci ildə burada gündəlik neft hasilatının 370 tona çatdırılmasına nail olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR