Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti perspektivli sahələrdə aparılmış 2D və 3D seysmik işlərin nəticələrini araşdırır

Azərbaycan Dövlət Neft Şirkəti perspektivli sahələrdə aparılmış 2D və 3D seysmik işlərin nəticələrini araşdırır
# 03 oktyabr 2008 11:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsində «Azneft» İB-nin sifarişi ilə «Bəyimdağ-Təkçay» sahəsində aparılmış 2D, «Muradxanlı-Cəfərli-Ağaməmmədli-Qaralı» sahələrində aparılmış 3D və 2D seysmik işlərinə aid hesabatların müzakirəsi keçirilib. Bu barədə «APA-Economics»ə Geofizika və Geologiya İdarəsindən məlumat verilib.
Hesabatlarda əsas məsələ tabaşir çöküntülərinin geoloji quruluşunun dəqiqləşdirilməsi və onların daxilində karbohidrogen yığımlarının aşkar edilməsindən ibarət olub. Xüsusilə mezozoy çöküntülərinin daxili strukturunu əks etdirən laylardan ilk dəfə olaraq informasiya alınması geoloq və geofiziklərin böyük maraqla qarşılanıb.
Qeyd edək ki, «Muradxanlı-Cəfərli» və «Cəfərli-Ağaməmmədli-Qaralı» sahəsində yüksək keyfiyyətli seysmik məlumatların alınmasında ARDNŞ-in böyük köməkliyi olub. Belə ki, məlumatlar ABŞ-ın «İnput/Output» şirkətindən alınmış FOUR-AC 3000 kanallı qəbul və qeydedici sistemin tətbiqi nəticəsində reallaşıb.
Geofizika və Geologiya İdarəsinin Texniki Şurasında aparılan müzakirələrdə iştirakçılar 3D işlərinin digər perspektivli sahələrdə də tətbiq olunması zərurətini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR