Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti sentyabrda Novorossiysk limanından neftin ixracını artırıb

Azərbaycan Dövlət Neft Şirkəti sentyabrda Novorossiysk limanından neftin ixracını artırıb
# 03 oktyabr 2008 14:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin sentyabr ayında Rusiyanın Qara dənizdə yerləşən Novorossiysk limanından 82,832 min ton xam neft ixrac edib. Sentyabr ayında şimal istiqamətində yola salınmış xam neftin həcmi avqust ayı ilə müqayisədə 0,81% artıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında isə həmin istiqamətdə 947,647 min ton neft ixrac edilib. Sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 98,13 dollara, Urals nefti – 97,61 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 99,46 dollara satılıb.
Qeyd edək ki, ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neftin ixracına 1997-ci ildə başlayıb. Bu kəmərlə ARDNŞ-in hasil etdiyi xam neft (Azeri Light) ixrac olunur. Neft bu kəmərlə nəql olunaraq Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçılarının neftinə qarışır və Novorossiysk limanından Urals (Rusiya xam neft növü) markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR