Bank Of Baku

Azərbaycan sentyabrda dizel yanacağının ixracını iki dəfə artırıb

Azərbaycan sentyabrda dizel yanacağının ixracını iki dəfə artırıb
# 03 oktyabr 2008 14:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin sentyabr ayında ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Hesabat ayında İdarə tərəfindən 32,244 min ton avtomobil benzini, 114,36 min ton dizel yanacağı, 9,241 min ton təyyarə yanacağı, 63,35 min ton soba mazutu ixrac edilib. Sentyabr ayında ixrac edilmiş dizel yanacağının həcmi avqusta nisbətən 97,5%, soba mazutu 48,9% artıb, avtomobil benzini isə 0,57%, təyyarə yanacağı 47% azalıb.
Cari ilin yanvar-sentyabr aylarında isə ümumilikdə 276,763 min ton avtomobil benzini, 898,82 min ton dizel yanacağı, 165,829 min ton təyyarə yanacağı, 382,656 min ton soba mazutu ixrac olunub.
Qeyd edək ki, sentyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 888,97 dollar, təyyarə yanacağı – 1 004,76 dollar, dizel yanacağı – 905,85 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 550,49 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR