Bank Of Baku

Xəzər Dəniz Neft Donanması gəmilərin təmiri ilə bağlı tender keçirir

Xəzər Dəniz Neft Donanması gəmilərin təmiri ilə bağlı tender keçirir
# 04 oktyabr 2008 09:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması «Ədalət Gülməmmədov», «Alatau» və digər gəmilərin təmiri üçün tələb olunan ehtiyat hissələrinin alınması məqsədi ilə tender keçirir. Bu barədə «APA-Economics»ə Tender Komissiyasından məlumat verilib.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər Xəzər Dəniz Neft Donanmasının marketinq şöbəsinə (tel./faks: 490-20-26) müraciət etdikdən, tenderdə iştirak haqqı kimi 200 ABŞ dolları və bu məbləğin 18%-i qədər əlavə dəyər vergisi (cəmi 236 dollar) və ya manatla ekvivalentini ödədikdən sonra tender sənədlərini ala bilər.
Avadanlıqların və ehtiyat hissələrinin yükalanın ünvanına müqavilə imzalandığı tarixdən etibarən 3 ay müddətindən gec olmamaq şərti ilə çatdırılması tələb olunur. Onların dəyəri isə mal göndərildikdən sonra 1 il ərzində hissə-hissə ödəniləcək.
İddiaçılar tender təkliflərini bu ilin noyabr ayının 17-dək təqdim etməlidir. Təkliflərin açılması prosedurası noyabrın 18-də Xəzər Dəniz Neft Donanmasının inzibati binasında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR