Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol» şirkəti alıb

Azərbaycan Dövlət Neft Şirkətinin REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol» şirkəti alıb
# 06 oktyabr 2008 09:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi oktyabr ayının 29-30-da Rusiyanın Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı xam neft partiyasının ixracına dair elan etdiyi marketinq sorğusunun nəticələrini açıqlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Oktyabrın 3-də yekun vurulmuş sorğunun nəticələrinə əsasən, İsveçrənin «Vitol S.A.» şirkəti qalib elan olunub.
Qeyd edək ki, ARDNŞ Bakı-Novorossiysk neft kəməri ilə xam neftin ixracına 1997-ci ildə başlayıb. Bu marşrutla ARDNŞ-in hasil etdiyi xam neft ixrac olunur. Neft kəmərlə nəql olunaraq Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində rusiyalı ixracatçıların neftinə qarışır və Novorossiysk limanından Urals (Rusiya xam neft növü) markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR