Bank Of Baku

Azərbaycan sentyabrda enerji istehsalını 14% azaldıb

Azərbaycan sentyabrda enerji istehsalını 14% azaldıb
# 06 oktyabr 2008 13:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayında Azərbaycanın enerji sistemində 1,4 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu isə avqust ayına nisbətdə 14% azdır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bu həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 mlrd. kVt/saat, su elektrik stansiyalarının (SES) payına isə 0,1 mlrd. kVt/saat elektrik enerjisi istehsalı düşüb.
Bununla yanaşı, ay ərzində Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində enerji sistemində ümumilikdə 15,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bunun 13,7 mlrd. kVt/saatı İES-lərin, 2 mlrd. kVt/saatı isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR