Bank Of Baku

Azərbaycanda benzin istehsalını 14% artırıb

Azərbaycanda benzin istehsalını 14% artırıb
# 07 oktyabr 2008 12:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sentyabr ayında Azərbaycanda 136,45 min ton benzin istehsal edilib ki, bu da avqust ayı ilə müqayisədə 0,38% çoxdur. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.
Bunun 113,90 min tonunu avtomobil, 22,55 min tonunu isə kimya üçün ilkin benzin fraksiyası təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında isə benzin istehsalı 1 149,82 min ton təşkil edib. Bu da 2007-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 14,2% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR