Bank Of Baku

Azərbaycan sentyabrda dizel yanacağının istehsalını 4% azaldıb

Azərbaycan sentyabrda dizel yanacağının istehsalını 4% azaldıb
# 07 oktyabr 2008 13:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayında Azərbaycanda 207,27 min ton dizel yanacağı, 81,02 min ton əmtəəlik soba mazutu istehsal edilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.
Cari ilin avqust ayı ilə müqayisədə dizel yanacağı istehsalı 4,1% azalıb, əmtəəlik soba mazutunun həcmi isə 12,4% artıb.
Cari ilin yanvar-sentyabr aylarında dizel yanacağının istehsalı 1 752,55 min ton, əmtəəlik soba mazutunun istehsalı isə 879,29 min ton təşkil edib. Ötən ilin 9 ayına nisbətən dizel yanacağının istehsalında 12,1% artım, əmtəəlik soba mazutunun istehsalında isə təxminən 94% azalma olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR