Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti sentyabrda təhvil verilmiş qazın həcmini 6% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti sentyabrda təhvil verilmiş qazın həcmini 6% artırıb
# 07 oktyabr 2008 14:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin sentyabrında qaz təhvili üzrə göstəriciləri açıqlayıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.
Ötən ay ARDNŞ tərəfindən cəmi 931,52 mln. kubmetr həcmində qaz təhvil verilib. O cümlədən, «Azəriqaz» QSC-yə 490,75 mln. kubmetr, «Azərenerji» ASC-yə 398,52 mln. kubmetr qaz təhvil verilib, 42,25 mln. kubmetr həcmində qaz ixrac olunub.
Sentyabr ayında təhvil verilmiş qazın həcmi avqust ayına nisbətən 5,7% çoxdur.
Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNŞ 7 973,25 mln. kubmetr həcmində qaz təhvil verib ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR