Bank Of Baku

Azərbaycanda neft muzeyi Türkiyə şirkətinin dizaynı əsasında inşa olunacaq

Azərbaycanda neft muzeyi Türkiyə şirkətinin dizaynı əsasında inşa olunacaq
# 09 oktyabr 2008 11:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərində neft muzeyinin dizayn-layihə konsepsiyası üzrə müsabiqə komissiyasının yekun iclası keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
İclasda sentyabrın 10-dək təqdim olunmuş layihələrə baxılıb. Toplantıda bildirilib ki, müsabiqə elan olunandan indiyədək komissiyaya ümumilikdə 8 şirkət – «Region» (Azərbaycan), «Bridge Born» (ABŞ), «Anamorphosis Architects» (Yunanıstan), «TOCA» (Türkiyə), «Alba Diş Tic. və Mobilya» (Türkiyə) şirkətinin Bakı filialı, «Probst Arxitekten» MMC (Almaniya), «Hoffmann Architect» (Avstriya) və «SETEK Enginering» (Fransa-Rusiya) öz layihələrini təqdim edib. Müsabiqəyə təqdim edilən layihələr bir daha nəzərdən keçirilib. Məzmunu baxımından fərqlənən «TOCA» şirkətinin layihəsi müsabiqənin qalibi elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR