Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin yeni inzibati binasının tikintisinə dair «Tekfen İnşaat» şirkəti ilə niyyət protokolu imzalanıb

Azərbaycan Dövlət Neft Şirkətinin yeni inzibati binasının tikintisinə dair «Tekfen İnşaat» şirkəti ilə niyyət protokolu imzalanıb
# 09 oktyabr 2008 16:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «Tekfen İnşaat və Təsisat» şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında ARDNŞ-in yeni inzibati binasının tikintisinə dair niyyət protokolu imzalanıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Türkiyənin «İnternethaber» portalı «Tekfen Holding»ə istinadən məlumat yayıb.
Protokola əsasən, «Tekfen» şirkəti ARDNŞ-in yeni inzibati binasının tikintisi layihəsini, dəyərini və iş planını 60 gün ərzində hazırlamalıdır.
Qeyd edək ki, Türkiyə mətbuatı İstanbul Birjasına istinadən ARDNŞ və «Palmali» Şirkətlər Qrupu ortaqlığının «Tekfen İnşaat və Təsisat» şirkətində 520 mln. ABŞ dollarına 50% pay alması barədə məlumat yayıb. Razılaşmaya əsasən, «Palmali» və ARDNŞ ortaqlığı 5 il ərzində «Tekfen İnşaat»a 37 mlrd. dollarlıq inşaat işləri verməlidir.
«Tekfen» şirkətinin Azərbaycandakı nümayəndəliyindən ARDNŞ-la protokol imzalanmasının nəzərdə tutulduğunu bildirsələr də, imzalanmanın bu gün reallaşdırılması barədə məlumatsız olduqlarını qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR