Bank Of Baku

Gələn həftə Qazaxıstan neftinin Bakı-Ceyhan kəmərinə vurulmasına başlanacaq

Gələn həftə Qazaxıstan neftinin Bakı-Ceyhan kəmərinə vurulmasına başlanacaq
# 10 oktyabr 2008 09:38 (UTC +04:00)
«APA-Economics»in BP şirkətinin veb-saytına istinadən verdiyi məlumata görə, oktyabrın ikinci yarısından kəmərə vurulacaq Qazaxıstan neftin noyabrın ortalarında Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanında tankerlərə yüklənməsinə başlanacaq.
Bununla yanaşı şirkətin məlumatında bildirilir ki, bu əməliyyat Azərbaycanın «Azəri-Çıraq-Günəşli» strukturunda baş verən qəza ilə bir başa əlaqədar deyil: «Bu kəmərdə həmişə əlavə neft həcmləri üçün boş yer olub».
Şirkət mütəxəssislərinin sözlərinə görə, «Tengiz»də hasil olunan xam neftin kəmərlə nəql edilən xammalın ümumi həcmində payının az olması son nəticədə Ceyhandan satılan daha keyfiyyətli Azərbaycan neftinin (Azeri Light) tərkibində ciddi dəyişikliklərə səbəb olmayacaq.
Eyni zamanda, Britaniya şirkətində «Azəri-Çıraq-Günəşli» blokundan ixracın dekabra qədər tam həcmdə bərpa olunmayacağı ehtimalını istisna etmirlər. Xatırladaq ki, ötən ayın ortalarında bu strukturda istismar olunan «Qərbi Azəri» və «Mərkəzi Azəri» platformaları yaxınlığında suda qaz sızıntısı aşkarlanıb və bununla bağlı həmin platformalarda hasilat dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR