Bank Of Baku

«Azərenerji» ASC: Sabah Azərbaycanda keçiriləcək prezident seçkiləri zamanı elektrik enerjisi təminatında problemlər yaranmayacaq

«Azərenerji» ASC: Sabah Azərbaycanda keçiriləcək prezident seçkiləri zamanı elektrik enerjisi təminatında problemlər yaranmayacaq
# 14 oktyabr 2008 08:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Oktyabr ayının 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkənin bütün regionlarının elektrik enerjisi ilə təchizatında problemlər olmayacaq. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
M.Əsgərovun sözlərinə görə, «Azərenerji»nin bütün yerli strukturları seçkilərə hazırlıqla əlaqədar olaraq gücləndirilmiş rejimdə işləyir. Bütün yaşayış məntəqələrində transformator məntəqələrinə, yarımstansiyalara baxış keçirilib və seçki günü problemlərin yaranmaması üçün tədbirlər görülüb.
«Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən də şəbəkənin bir neçə gündür gücləndirilmiş iş rejiminə keçdiyi bildirilib. Şəbəkənin əməkdaşları tərəfindən paytaxtın bütün ərazilərində transformator və yarımstansiyalara baxış keçirilib. Seçki günü həmçinin qurumun operativ qəza xidməti və 199 saylı «qaynar xətti»də gücləndirilmiş rejimdə işləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR