Bank Of Baku

Dünya bazarında neftin yenidən bahalaşması gözlənilir

Dünya bazarında neftin yenidən bahalaşması gözlənilir
# 20 oktyabr 2008 12:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) oktyabrın 24-də keçiriləcək fövqəladə iclasında gündəlik neft hasilatının iki mərhələdə 2 mln. barel azaldılması barədə qərar qəbul olunacaq. «APA-Economics»in məlumatına görə, OPEC prezidenti Şakib Xəlilin sözlərinə əsasən, hasilatın azaldılması bazarda təklif-tələb tarazlaşmasının düzgünlüyü üçün əhəmiyyətlidir.
Hazırda OPEC dünyada maliyyə və iqtisadi böhran nəticəsində müşahidə olunan istehsalın azalmasına görə tələbatın azaldığını qeyd edir və bununla bağlı təklifin azaldılmasını zəruri sayır. OPEC prezidentinin sözlərinə görə, təşkilat neftin qiymətinin 1 barel üçün 70-90 dollar arasında saxlanmasını məqsədəuyğun hesab edir.
Qeyd edək ki, OPEC-in hesablamalarına görə, 2009-cu ildə dünyada gündəlik neft tələbatı 31,14 mln. barel təşkil edəcək. Sentyabr ayında OPEC-in gündəlik hasilatı 32,16 mln. barel təşkil edib. Yəni, artıq noyabrın 1-dən hasilatın sentyabra nisbətən 1 mln. barel, gələn ilin əvvəlindən isə daha 1 mln. barel azaldılacağı gözlənilir. Nəticədə, bazardakı təklif 30 mln. barelə enəcək və bu, tələbatdan azdır. Göründüyü kimi, artıq yaxın aylarda neftin yenidən bahalaşmasını gözləmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR