Bank Of Baku

«Azərenerji» prezidenti Etibar Pirverdiyev: «Gələn il Azərbaycanda enerji tariflərində dəyişiklik olmayacaq»

«Azərenerji» prezidenti Etibar Pirverdiyev: «Gələn il Azərbaycanda enerji tariflərində dəyişiklik olmayacaq»
# 20 oktyabr 2008 12:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il qış mövsümündə Azərbaycanda əhalinin elektrik enerjisi ilə təchizatında problem olmayacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
E.Pirverdiyevin sözlərinə görə, Azərbaycan bu ilin qış mövsümünü tarixində ilk dəfə olaraq 4300 MVt güc ehtiyatı ilə qarşılayır: «Əvvəllər qışı tələbatdan azacıq çox, bəzi vaxtlarda isə kəsirlə qarşılamışıq. Bunun üçün Rusiyadan enerji idxal edirdik».
«Azərenerji» rəhbəri qış mövsümündə fasilələrin də minimuma enəcəyini vurğulayıb. E.Pirverdiyevin sözlərinə görə, son bir il ərzində rayonlarda enerji təchizatında yaranmış bəzi kiçik müddətli fasilələr güc çatışmazlığı ilə deyil, şəbəkədə aparılan işlərlə bağlı olub.
E.Pirverdiyev bu il və gələn il enerji tariflərində dəyişikliyin olmayacağını vurğulayıb. Enerji haqlarının yığımına gəlincə, E.Pirverdiyev bu sahədə artımın olduğunu qeyd edib: «Kartlı sayğacların tətbiqi nəticəsində Gəncə və Mingəçevirdə yığım səviyyəsi 100%-ə yaxınlaşıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR