Bank Of Baku

Azərbaycanın 1 mln. barel həcmində «Azeri Light» markalı növbəti xam neft partiyasını Yeni Zelandiyanın «Sumato Energy Group» şirkəti alıb

Azərbaycanın 1 mln. barel həcmində «Azeri Light» markalı növbəti xam neft partiyasını Yeni Zelandiyanın «Sumato Energy Group» şirkəti alıb
# 20 oktyabr 2008 13:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair keçirdiyi marketinq sorğusunun nəticələrini elan edib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 14-də ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin noyabrın 1-7-də Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Sorğunun nəticələrinə əsasən, Yeni Zelandiyanın «Sumato Energy Group» şirkəti qalib elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR