Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycanda sənaye istehsalı 12% artıb

Yanvar-sentyabr aylarında Azərbaycanda sənaye istehsalı 12% artıb
# 20 oktyabr 2008 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye kompleksində istehsal olunan məhsulun və göstərilən xidmətlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 12% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkə sənayesində məhsul və göstərilən xidmətlərin həcmi neft sektorunda 12,4%, qeyri-neft sektorunda isə 8,2% artıb, ümumilikdə sənaye işlərinin həcmi 24,2 mlrd. manat təşkil edib.
Sənayenin artımı neftin hasilatında 11,6%, qazın hasilatında 57,5%, qida məhsullarının istehsalında 1,2%, kimya sənayesində 53,7%, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında 36,2%, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalında 32,6%, maşın və avadanlıqların istehsalında 9,8% və s. sahələrdə müşahidə olunub.
İstehsalın 94,7%-i malların, 5,3%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, sənaye məhsulunun 17%-i dövlət müəssisələrində, 83%-i isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 6,5% və 13,2% çoxalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR