Bank Of Baku

BVF Azərbaycan üçün neftin qiymətinin təhlükəli həddini 40 dollar/barel səviyyəsində müəyyənləşdirib

BVF Azərbaycan üçün neftin qiymətinin təhlükəli həddini 40 dollar/barel səviyyəsində müəyyənləşdirib
# 28 oktyabr 2008 09:18 (UTC +04:00)
BVF-dan «APA-Economics»ə verilən məlumata görə, təhlil çərçivəsində aparılan hesablamalar zamanı neft ixracatçısı olan ölkələrin əvvəlki dövrdə, yəni qiymətlərin yüksək səviyyədə olan mərhələdə əld etdikləri əlavə dividendlər nəzərə alınıb. Yəni, bu ölkələrin əlavə dividendlərin hazırkı böhran dövründə istifadə etmək imkanlarının nə dərəcədə geniş olduğu araşdırılıb.
BVF-nin bununla bağlı hazırladığı cədvəldə neftin ucuzlaşmasından daha çox sığortalanmış ölkə kimi Birləşmiş Ərəb Əmirlikləri göstərilir. Belə ki, BƏƏ üçün neftin qiymətinin 23 dollar/barel səviyyəsi kritik hədd hesab olunur, buna qədər isə qiymətlərin düşməsi ölkəyə ciddi zərər verməyəcək.
Qeyd edək ki, Azərbaycan bu siyahıda 4-cü yeri tutub, kritik hədd isə 40 dollar/barel səviyyəsində müəyyənləşdirilib. Bu ilki dövlət büdcəsində isə neftin baza qiyməti 70 dollar/barel səviyyəsində nəzərdə tutulub.
Hazırda dünya bazarında neftin qiymətinin artıq 63 dollar səviyyəsinə düşdüyünü nəzərə alsaq, cədvəldən İraq, İran, Oman və Bəhreynin artıq əhəmiyyətli zərərlə üzləşdiyini görərik:

Ölkə

Qiymət (dollar/barel)

BƏƏ

23

Qətər

24

Küveyt

33

Azərbaycan

40

Liviya

47

Səudiyyə Ərəbistanı

49

Əlcəzair

56

Qazaxıstan

59

Bəhreyn

75

Oman

77

İran

90

İraq

111

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR