Bank Of Baku

Yaxın bir ildə Azərbaycanda Kağızın Təkrar İstehsalı Fabriki istifadəyə veriləcək

Yaxın bir ildə Azərbaycanda Kağızın Təkrar İstehsalı Fabriki istifadəyə veriləcək
# 28 oktyabr 2008 12:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Azersun Holding» Şirkətlər Qrupu 2009-cu ilin sonunadək illik emal gücü 60 min ton olan istifadə olunmuş Kağızın Təkrar İstehsalı Fabrikini istifadəyə verəcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə şirkətin nümayəndəsi Kazım Babayev məlumat verib.
Artıq zavodun inşasına başlanılıb. Sumqayıtda sənaye zonasında qurulacaq Kağızın Təkrar İstehsalı Fabriki, ölkənin kağız tələbatını ödəməklə, ekoloji tələblərə cavab verəcək.
Qeyd edək ki, Layihənin icrasına holdinq 30 mln. avro sərmayə yatıracaq. Müəssisənin fəaliyyətə başlaması kağız tullantıların təkrar istifadəsini təmin etməklə yanaşı, ətraf mühitin çirklənməsinin də qarşısının alınmasında mühüm rol oynayacaq.
Müəssisənin istehsal etdiyi kağız Azərbaycanla yanaşı Gürcüstan, Türkmənistan və Dağıstana (Rusiya) ixrac olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR