Bank Of Baku

«Bakıelektrikşəbəkə» ASC Maştağa Enerji Təchizatı və Satışı Sahəsindən daxil olan müraciətlər üzrə komissiya yaradıb

«Bakıelektrikşəbəkə» ASC Maştağa Enerji Təchizatı və Satışı Sahəsindən daxil olan müraciətlər üzrə komissiya yaradıb
# 28 oktyabr 2008 14:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC Maştağa Enerji Təchizatı və Satışı Sahəsində abonentlərinin 7 noyabr 2006-cı il tarixinə qədər olan borclarla bağlı yaranmış bütün suallarına aydınlıq gətirmək məqsədilə komissiya təşkil edib. Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Komissiya noyabrın 20-dək hər gün səhər saat 10:00-dan etbarən Maştağa Enerji Təchizatı və Satışı Sahəsinin inzibati binasında fəaliyyət göstərəcək. Bu müddət ərzində müraciət etməyən və borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaq.
Qeyd edək ki, Sabunçu rayonunun bir çox qəsəbə və yaşayış massivlərini əhatə edən Maştağa Enerji Təchizatı və Satışı Sahəsi abonentlərin çoxluğu nəzərə alınaraq onlara daha keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə ötən il yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR