Bank Of Baku

Gələn həftə Tehranda Azərbaycan qazının İrana ixracı məsələləri müzakirə olunacaq

Gələn həftə Tehranda Azərbaycan qazının İrana ixracı məsələləri müzakirə olunacaq
# 28 oktyabr 2008 14:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Noyabrın 3-də Tehranda İran və Azərbaycan nümayəndə heyətləri iki ölkə arasında qaz alqı-satqısına dair məsələləri müzakirə edəcəklər. Bu barədə «APA-Economics» İSNA xəbər agentliyinə istinadən məlumat verib.
Tərəflər arasında müzakirələrin əsas mövzusu İranın Azərbaycandan təbii qaz idxalının perspektivləri ilə bağlı olacaq. Həmçinin, təbii qazın İran ərazisi ilə tranziti müzakirə ediləcək.
Qeyd edək ki, hazırda İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasına sutkada 1 mln. kubmetr qaz ötürür. Bu həcmi isə Azərbaycan mövcud kəmərlər vasitəsi ilə Astaradan İrana qaytarır.
Məlumatda qeyd olunur ki, İran Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» yatağından hasil edilən qazı almağa maraq göstərir. Tərəflər arasında bu məsələnin də müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda «Azəriqaz» sistemi Naxçıvana verilən qazdan əlavə olaraq İrana sutkada 1,5-2 mln. kubmetr qaz nəql etməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR