Bank Of Baku

«Günəşli» yatağında yeni quyu istismara verilib

«Günəşli» yatağında yeni quyu istismara verilib
# 28 oktyabr 2008 15:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Günəşli» yatağındakı 13 saylı platformadan yeni, 250 nömrəli quyu istismara verilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Quyu 3 023 metr dərinlikdən sutkada 30 ton neft və 140 min kubmetr qaz verir.
Qeyd edək ki, 2004-cü ilin may ayında istismara verilmiş 13 saylı dərinsulu platforma 20 quyunun qazılması nəzərdə tutulub. Ötən 4 il ərzində platformadan 10 quyu qazılaraq «28 May» NQÇİ-nin istismar fonduna daxil edilib. Quyular ümumilikdə sutkada 2,1 mln. kubmetr təbii qaz, 213 min kubmetr səmt qazı, 660 ton neft və 201 ton kondensat verir.
Platformada qazma işləri «SOCAR-AQŞ» (Abşeron Qazma Şirkəti) birgə müəssisəsi tərəfindən 2 qazma dəzgahı vasitəsilə aparılır. Platformadan daha 10 quyunun qazılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR