Bank Of Baku

Bu günədək Ceyhan limanından 601 tankerlə 500 mln. barelə yaxın Azərbaycan nefti ixrac olunub

Bu günədək Ceyhan limanından 601 tankerlə 500 mln. barelə yaxın Azərbaycan nefti ixrac olunub
# 29 oktyabr 2008 10:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu günədək Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından Azərbaycan nefti ilə yüklənmiş 601 tanker dünya bazarlarına yola salınıb. «APA-Economics»in məlumatına görə, oktyabrın 28-dək Ceyhandan yola salınmış Azərbaycan neftinin həcmi 495 mln. barel təşkil edib.
Qeyd edək ki, Ceyhan limanından Azərbaycan neftinin ixracı 2006-cı il iyun ayının 2-dən başlanıb.
Azərbaycan nefti Ceyhan limanına Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql olunur. Kəmərin uzunluğu 1 776 km, gündəlik ötürmə gücü 1 mln. barel təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR