Bank Of Baku

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı 1 mln. barel xam neft partiyasının satışına dair tender keçirir

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı 1 mln. barel xam neft partiyasının satışına dair tender keçirir
# 31 oktyabr 2008 07:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin dekabr ayının 1-5-də Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından «Azeri Light» markalı xam neft partiyasının ixracına dair növbəti marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Tender çərçivəsində Ceyhan limanından 1 mln. barel həcmində neftin satılması planlaşdırılır. Sorğuya oktyabrın 31-də yekun vurulacaq, nəticələr isə noyabrın 1-də elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR