Bank Of Baku

Azərbaycanın ən iri elektrik stansiyalarından birində təmir-tikinti işləri aparılıb

Azərbaycanın ən iri elektrik stansiyalarından birində təmir-tikinti işləri aparılıb
# 03 noyabr 2008 11:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Payız-qış mövsümünə hazırlıq prosesi çərçivəsində Azərbaycanın «Şirvan» İstilik Elektrik Stansiyasında (İES) təmir-tikinti işləri aparılıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Tədbirlər planına uyğun olaraq, 1 saylı enerji blokunda orta təmir işləri aparılıb, eyni zamanda turbinin yarımmuftası və kompensatoru dəyişdirilib. Stansiyanın III enerji blokunda isə rotorun fəaliyyəti normal həddə gətirilib, V blokda əsaslı təmir işləri başa çatdırılıb. Sonuncu blok hazırda 110 MVt güclə normal rejimdə fəaliyyət göstərir.
Hazırda stansiyanın II enerji blokunda da əsaslı təmir işləri həyata keçirilir. Əsaslı təmir başa çatdıqdan sonra VI enerji blokunda da orta təmir işlərinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, «Şirvan» İES 1962-ci ildən istismardadır. Hər biri 150 MVt gücündə 7 blokdan ibarət bu elektrik stansiyası Avropada açıq quruluşlu ilk stansiya olub. Hazırda Azərbaycanda istehsal olunan elektrik enerjisinin 20%-i bu stansiyanın payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR