Bank Of Baku

Azərbaycan qazının İrana idxalı ilə bağlı danışıqlar təxirə salınıb

Azərbaycan qazının İrana idxalı ilə bağlı danışıqlar təxirə salınıb
# 03 noyabr 2008 11:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanla İran arasında təbii qazın alqı-satqısı və tranzitinə dair noyabrın 3-də Bakıda keçirilməsi planlaşdırılan görüş qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyindən məlumat verilib.
Görüşün vaxtının dəyişdirilməsinə səbəb İran nümayəndə heyətinin iş qrafikinin gərgin olması ilə əlaqələndirilir.
Qeyd edək ki, noyabrın 3-də keçirilməsi planlaşdırılan görüşdə İranın Azərbaycandan təbii qaz idxalı məsələsinin müzakirə olunması planlaşdırılırdı. Həmçinin, Azərbaycan qazının tranziti məsələsinə baxılması nəzərdə tutulurdu.
Qeyd edək ki, hazırda İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasına sutkada 1 mln. kubmetr qaz ötürür. Bu həcmi isə Azərbaycan mövcud kəmərlər vasitəsi ilə Astaradan İrana ödəyir.
Məlmat üçün bildirək ki, «Azəriqaz» sistemi Naxçıvana verilən qazdan əlavə olaraq İrana sutkada 1,5-2 mln. kubmetr qaz nəql etməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR