Bank Of Baku

Supsa limanından Azərbaycanın növbəti xam neft partiyasını «Taurus Petroleum» şirkəti alıb

Supsa limanından Azərbaycanın növbəti xam neft partiyasını «Taurus Petroleum» şirkəti alıb
# 11 fevral 2009 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin mart ayının 6-7-də Supsa limanından (Qara dəniz, Gürcüstan) 600 min barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusunu yekunlaşdırıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, İsveçrənin «Taurus Petroleum Ltd.» şirkəti qalib gəlib.
Qeyd edək ki, Bakı-Supsa neft kəməri ilə «Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş» çərçivəsində hasil edilmiş xam neft ixrac edilir. Yataqların işlənməsində ARDNŞ-lə bərabər BP, «Unocal», «Inpex», «Itochu», «Statoil», «ExxonMobil», TPAO, «Devon», «Amerada Hess» şirkətləri iştirak edir. Bu şirkətlər ABƏŞ-in (beynəlxalq neft konsorsiumu) tərkibinə daxildir.
Bakı-Supsa boru kəməri 2006-cı ilin sentyabr ayından 2008-ci ilin sentyabr ayınadək təmirə dayandırılıb. Cari ilin yanvar ayında kəmərlə 287,1 min ton xam neft ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR