Bank Of Baku

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı xam neft partiyasının ixracına dair növbəti tender elan edib

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı xam neft partiyasının ixracına dair növbəti tender elan edib
# 11 fevral 2009 11:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi mart ayının 8-10-da Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğuya fevralın 12-də yekun vurulacaq, nəticələri isə fevralın 13-də elan olunacaq.
Qeyd edək ki, Azərbaycan nefti Ceyhan limanına Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəql edilir. BTC 2006-cı ilin may ayında istismara verilib və Azərbaycan yüngül neftinin ixracı üçün əsas istiqamət sayılır. Uzunluğu 1 768 km təşkil edən kəmər üç ölkənin ərazisindən keçir - Azərbaycan (443 km), Gürcüstan (249 km), Türkiyə (1 076 km) və gündə 1 mln. barel nəqletmə gücünə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR