Bank Of Baku

Beynəlxalq Enerji Agentliyi dünya bazarında neftin daha da ucuzlaşacağını istisna etmir

Beynəlxalq Enerji Agentliyi dünya bazarında neftin daha da ucuzlaşacağını istisna etmir
# 12 fevral 2009 09:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu il dünyada gündəlik neft tələbatının 980 min barel azalaraq 84,7 mln. barelə çatacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) ekspertləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, Agentlik tərəfindən yanvar ayında açıqlanan müvafiq proqnozunda neftin tələbatının 500 min barel səviyyəsində azalacağı gözlənilirdi. Proqnozların mənfi istiqamətdə dəyişməsi dünya iqtisadiyyatının daha kəskin zəifləməsi ilə bağlıdır.
Eyni zamanda, BEA xəbərdarlıq edir ki, hazırkı proqnoz da son hədd deyil və gələcəkdə daha da azala bilər. Agentliyin mütəxəssislərinin fikrincə, iqtisadi baxımından 2009-cu il çox zəif görünür, çünki maliyyə və iqtisadi böhran davam etməkdədir və bununla bağlı neft tələbatının daha da azalacağı istisna olunmur.
Qeyd edək ki, son günlər dünya bazarında neftin ucuzlaşması müşahidə olunur. Belə ki, yanvar ayında neft 9,9%, fevralda isə artıq 13,9% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR