Bank Of Baku

İran Transxəzər neft kəmərinin tikintisinin əleyhinədir

İran Transxəzər neft kəmərinin tikintisinin əleyhinədir
# 13 fevral 2009 07:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İran Xəzər dənizinin dibi ilə sualtı neft kəmərlərinin tikintisi planlarına etiraz edir. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Mehr» informasiya agentliyi İranın neft sənayesi naziri Hüseyn Noqrekar Şiraziyə istinadən məlumat yayıb.

İranın Xəzər dənizi ekosisteminə təhlükə yaradan istənilən layihələrə və ya fəaliyyətlərə qarşı çıxdığını deyən nazir bildirib ki, bu çərçivədə Aktaudan Bakıya dənizin dibi ilə çəkilməsi planlaşdırılan 700 km-lik Transxəzər neft kəməri hövzənin ekoloji çirklənməsinə səbəb ola bilər.

«Ola bilsin ki, rəsmi Moskva buna bir sıra qərb ölkələrin təzyiqi altında razılıq verir», - deyə N.Şirazi bildirib.

Qeyd edək ki, İran 2008-ci ilin iyun ayında Fars körfəzinə və dünya bazarlarına Xəzər regionundan hasil olunan nefti ixrac etmək üçün boru kəməri yaratmaq planlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR