Bank Of Baku

Azərbaycan Supsa limanından 600 min barel xam neft partiyasının satışına dair tender elan edib

Azərbaycan Supsa limanından 600 min barel xam neft partiyasının satışına dair tender elan edib
# 13 fevral 2009 13:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi mart ayının 13-14-də Supsa limanından (Qara dəniz, Gürcüstan) 600 min barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğuya fevralın 16-da yekun vurulacaq və nəticələri fevralın 17-də elan olunacaq.
Qeyd edək ki, Bakı-Supsa neft kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri, Çıraq, Günəşli» yataqlarında hasil olunan xam neft ixrac edilir. Yataqların işlənməsində ARDNŞ-la bərabər BP, «Unocal», «Inpex», «Itochu», «Statoil», «ExxonMobil», TPAO, «Devon», «Amerada Hess» şirkətləri iştirak edir. Bu şirkətlər ABƏŞ-in (beynalxalq neft konsorsiumu) tərkibinə daxildir.
Bakı-Supsa boru kəməri 2006-cı ilin sentyabr ayından 2008-ci ilin sentyabr ayınadək təmirə dayandırılıb. Cari ilin yanvar ayında kəmərlə 287 063,6 ton xam neft ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR