Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Türkiyədə «İlin alimi» seçilib

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Türkiyədə «İlin alimi» seçilib
# 14 fevral 2009 08:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 2008-ci ilin yekunlarına əsasən, qazandığı uğurlara görə Türkiyədə «İlin alimi» seçilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, X. Yusifzadə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən, X.Yusifzadə «İlin alimi» diplomu və xatirə nişanı ilə təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR