Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə elektrik enerjisinin verilişi dayandırılıb

Azərbaycanın şimal-qərb bölgəsinə elektrik enerjisinin verilişi dayandırılıb
# 14 fevral 2009 08:05 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov – APA. Bu gün səhər saat 9:00 radələrində Azərbaycanın şimal-qərb bölgəsinə elektrik enerjisinin verilişi dayandırılıb. Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən APA-nın şimal-qərb bürosuna verilən məlumatına görə, bölgədə elektrik enerjisini verilişinin dayandırılmasına səbəb Qax rayonunun Tasmal kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik dirəklərində qəza vəziyyətinin yaranmasıdır. Hazırda həmin ərazidə qəza vəziyyətinin aradan qaldırılması ilə bağlı iş aparılır. Günün sonuna kimi bölgəyə elektrik enerjisinin verilişi bərpa olunacaq.

Qeyd edək ki, yaranmış vəziyyət nəticəsində Zaqatala, Qax, Balakən rayonları bütövlükdə, Şəkinin isə bir hissəsi işıqsız qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR