Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti İslam Konfransı Təşkilatı ölkələrin 100 ən iri şirkətinin reytinqində 15-ci yeri tutub

Azərbaycan Dövlət Neft Şirkəti İslam Konfransı Təşkilatı ölkələrin 100 ən iri şirkətinin reytinqində 15-ci yeri tutub
# 16 fevral 2009 07:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən «Dinar Standard» konsaltinq şirkəti İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələrin 100 iri şirkətinin reytinqini hazırlayıb. «APA-Economics»in şirkətin veb-saytına istinadən verdiyi məlumata görə, cədvəl tərtib olunarkən İKT-yə üzv olan 57 dövlətin şirkətləri araşdırılıb.
Siyahıda gəlirlərinə görə, ilk yerləri başda Səudiyyə Ərəbistanının «Aramco» şirkəti olmaqla neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər tutur. Siyahıya düşmüş 100 şirkətdən 54-ü dövlət şirkətidir. Ümumi gəlirləri 1,21 trln. ABŞ dolları olan bu şirkətlər 2008-ci ildə 12,31% genişlənib.
Siyahıda təmsil olunma sayına görə Türkiyə 23 şirkətlə birinci, Malayziya və Səudiyyə Ərəbistanı 13 şirkətlə ikinci, Küveyt 8 şirkətlə üçüncü yerdə qərarlaşıb.
Reytinqdə Azərbaycandan yalnız Dövlət Neft Şirkəti (ARDNŞ) yer alıb. Cədvəldə 19,694 mln. dollar gəlirlə 15-ci yeri tutan ARDNŞ-in 2007-ci illə müqayisədə 19% böyüdüyü göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR