Bank Of Baku

Azərbaycan aprelin əvvəlində «Gədəbəy» yatağında qızıl istehsalına başlayacaq

Azərbaycan aprelin əvvəlində «Gədəbəy» yatağında qızıl istehsalına başlayacaq
# 16 fevral 2009 11:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin mart ayının sonu və ya aprelin ilk həftəsində Azərbaycanın «Gədəbəy» filiz yatağında qızılın sənaye üsulu ilə istehsalına başlanacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin (ABMƏŞ) prezidenti Rza Vəziri məlumat verib.
R.Vəzirinin sözlərinə görə, artıq yataqda zavodun tikintisi başa çatmaq üzrədir. Qızıl burada kimyəvi üsulla digər metallardan ayrılacaq. Zavodun avadanlıqları Kanada və Avstraliyadan alınıb.
«Gədəbəy» yatağında 1 ton torpaqdan 1,7 qram qızılın alınacağı gözlənilir. İstehsal prosesi zamanı əldə olunan gümüş və misi də təmizləyib satışa çıxaracağıq», - deyə R.Vəziri vurğulayıb.
Şirkət prezidenti 2004-cü ildən bu günədək «Gədəbəy» yatağında kəşfiyyat-istismar işlərinə 60 mln. ABŞ dollarına yaxın investisiya yatırıldığını bildirib.
ABMƏŞ-in apardığı son qiymətləndirmələrə əsasən, «Gədəbəy» yatağının qızıl ekvivalentində çıxarıla bilən ümumi ehtiyatı 1 mln. unsiyadır.
Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR