Bank Of Baku

Azərbaycanda Xəzər hövzəsi bölgəsinin ən iri sement zavodu inşa olunacaq

Azərbaycanda Xəzər hövzəsi bölgəsinin ən iri sement zavodu inşa olunacaq
# 16 fevral 2009 13:01 (UTC +04:00)
Tenderə müasir texnologiya ilə - quru üsulu ilə sementin istehsalı üzrə bütöv bir kompleksin tikintisi, o cümlədən zəruri infrastrukturun yaradılması, xammalın tədarükü və xırdalanması, həmçinin hazır məhsulun saxlanması, qablaşdırılması və satışı daxildir. «Qızıldaş Sement» zavodunda qurulacaq avadanlıq və tətbiq olunacaq texnologiya Avropanın ən müasir və sərt ekoloji standartlarına cavab verəcək.
«Qızıldaş Sement» müəssisəsi Bakının Qaradağ rayonu ərazisində yerləşəcək. Burada tikinti üçün tələb olunan torpaq sahəsi və xammal yataqları «Norm» tərəfindən alınıb. Həmçinin, zəruri topoqrafik və geoloji-axtarış tədqiqat işləri, qruntun analizi başa çatdırılıb. Xammal ehtiyatlarının qiymətləndirilməsi aprel ayında yekunlaşacaq.
«Norm» şirkətinin layihə üzrə konsultant xidmətlərinin yerinə yetirilməsi üzrə keçirdiyi tenderin qalibi Hindistanın «Holtec Consulting Private Ltd.» konsaltinq şirkəti seçilib.
«Qızıldaş Sement» müəssisəsinin işə salınması üç mərhələdə həyata keçiriləcək. Belə ki, 2011-ci ilin ortalarında birinci mərhələnin başa çatdırılması və sementin ilk partiyasının istehsal edilməsi nəzərdə tutulub. Birinci mərhələdə ildə 2 mln. ton portland sement və 100 min ton tamponaj – quyu sementi (neft sənayesi üçün) istehsal etmək gücündə olan iki soba xətti istismara veriləcək. İkinci və üçüncü mərhələlərdə ildə əlavə olaraq 4 mln. ton sement istehsal edəcək daha iki xəttin tikilməsi nəzərdə tutulur. Bu xətlərin tikintisinin birinci mərhələ başa çatdıqdan sonra beş il ərzində tamamlanması planlaşdırılır. Bununla da ildə 6 mln. ton portland sement və 100 min ton tamponaj sement istehsal etmək gücündə olan «Qızıldaş Sement» müəssisəsi Azərbaycanda və bütün Xəzər dənizi regionunda bu məhsulun ən iri istehsalçısı olacaq.
Qeyd edək ki, «Norm» MMC 2006-cı ilin may ayında sement müəssisəsinin tikintisi və daha sonra hazır məhsulun (sement və klinker) əsas etibarilə Azərbaycan bazarında satışı məqsədilə yaradılıb.
Xatırladaq ki, hazırda Azərbaycanda ildə 1,3 mln. ton sement istehsal olunur, ölkənin sementə olan illik tələbatı isə 3 mln. tondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR