Bank Of Baku

Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə tamhüquqlu üzv statusu təsdiqlənib

Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə tamhüquqlu üzv statusu təsdiqlənib
# 16 fevral 2009 13:08 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov, Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə tamhüquqlu üzv statusu təsdiqlənib. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.
Bununla da Azərbaycan MHŞT üzrə namizəd statusu almış 25 ölkədən tamhüquqlu üzv statusu almış ilk ölkə olub.
Qeyd edək ki, bu gün Dohada (Qatar) «Mədən Hasilat Sənayesində Şəffaflıq» (EİTİ) Beynəlxalq Təşəbbüsün illik konfransı işə başlayıb. Konfransda Azərbaycanı ARDNF-in icraçı direktoru Şahmar Mövsümov təmsil edir. Tədbir fevralın 18-dək davam edəcək.
Xatırladaq ki, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Memorandumu imzalayan Azərbaycan hökuməti X hesabat mərhələsinə başlayıb.
Xatırladaq ki, 2003-cü ildə London konfransında iştirakçılar EİTİ təşəbbüsünün əsas meyarları və prinsiplərini qəbul edib. Bunların arasında təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin ölkə vətəndaşlarının rifahı üçün istifadə olunması, eləcə də ödənişlərin və gəlirlərin bütün şirkətlər üzrə açıqlanması məsələləri xüsusi əhəmiyyət kəsb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR