Bank Of Baku

Azərbaycanda qızıl hasil edən şirkət Ermənistanı beynəlxalq məhkəməyə vermək üçün faktlar əldə edib

Azərbaycanda qızıl hasil edən şirkət Ermənistanı beynəlxalq məhkəməyə vermək üçün faktlar əldə edib
# 16 fevral 2009 13:40 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə eksklüziv açıqlamasında ABMƏŞ-in prezidenti Rza Vəziri məlumat verib.
ABMƏŞ-in əldə etdiyi video görüntülərdə qızıl yatağında istismar işlərinin aparılması aydın görünür. Ermənilər əraziyə çoxlu sayda qazıntı texnikaları və yük avtomobilləri cəlb ediblər.
«Biz bu faktı vəkillərimizlə müzakirə etdik. Hazırda beynəlxalq məhkəməyə təqdim olunması üçün müvafiq sənədlər hazırlanır», - deyə R.Vəziri vurğulayıb.
Şirkət prezidentinin sözlərinə görə, əldə olunmuş məlumatlar və bundan sonra atılacaq addımlar barədə Azərbaycan hökuməti ilə müzakirələr aparılandan sonra qərar veriləcək. Mart ayının sonunda məsələ ABMƏŞ-in səhmdarlarından olan «Anglo Asian Mining Plc.» şirkətinin Direktorlar Şurasında da müzakirə olunacaq.
Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR